Tramp: Yaxın Şərqdə sülh Ukrayna üzrə danışıqlara kömək edəcək

Yaxın Şərqdə münaqişənin həlli və sabitliyin bərpası Ukraynaya dair danışıqlar prosesinə müsbət təsir göstərəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra “Truth Social” hesabında bildirib.

“Prezident Putin məni və ABŞ-ı Yaxın Şərqdə sülhün əldə olunması kimi böyük nailiyyət münasibətilə təbrik etdi. Onun sözlərinə əsasən, bu, insanların əsrlər boyu arzuladığı bir sülhdür. Mən əminəm ki, Yaxın Şərqdəki uğur Rusiya və Ukrayna arasında münaqişənin dayandırılması ilə bağlı danışıqlara da yardım edəcək,” – deyə Tramp vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir