Tramp: “Vens və Rubionu potensial varislərim kimi görürəm”

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, o bu barədə NBC News telekanalına verdiyi müsahibədə bildirib.

“Bu barədə danışmaq hələ tezdir, lakin mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür”, – deyə Tramp bildirib. O, həmçinin əlavə edib: “Marko Rubio əla biridir.”

Tramp, həmçinin qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: “Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər.”

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentliyinə üçüncü dəfə namizəd olmayacağını və 2028-ci ildə hakimiyyəti “ideal olaraq möhtəşəm bir respublikaçıya” təhvil verəcəyini açıqlamışdı.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir