ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı enerji infrastrukturlarına hücum edəcəyi halda, Rusiyaya cavab zərbələrinin endirilməsinə razılıq verib.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.
Onun sözlərinə əsasən, cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək.
Zelenski ABŞ-dan əlavə uzaq mənzilli raketlərin alınacağı halda, onların istifadə ediləcəyini qeyd edib.
Azinformasiya.az