Tramp: “Sülh Şurası” BMT ilə birlikdə işləyəcək

“Sülh Şurası” təşəbbüsü dünyada sülhün təmin olunmasında böyük rol oynayacaq və bu gələcək nəsillər üçün əvəzsiz bir miras olacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində çıxışında qeyd edib.

Prezident Tramp bildirib ki, “Sülh Şurası” tam şəkildə formalaşdıqdan sonra istənilən təşəbbüsü həyata keçirmək mümkündür.

“Biz bunu BMT ilə birlikdə edəcəyik”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir