Rusiya və Ukrayna arasında əsas əsir mübadiləsi yenicə başa çatıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edib.
“Rusiya və Ukrayna arasında əsas əsir mübadiləsi yenicə başa çatıb. Qısa zamanda qüvvəyə minir. Hər iki tərəfi təbrik edirəm. Bu daha böyük bir şeyə səbəb ola bilərmi?”, – o vurğulayıb.
Xatırladaq ki, İstanbulda keçirilən danışıqlarda Moskva və Kiyev məhbusları “1000-ə 1000” əsasında dəyişmək barədə razılığa gəliblər.
Azinformasiya.az