Tramp Putinin Ukraynaya dair təklifinə münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin mayın 15-də İstanbulda Moskva və Kiyev arasında birbaşa danışıqlara başlanılmasına dair təklifinə münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Donald Tramp “Truth Social”-da paylaşımında gələn həftənin həlledici hadisələrlə zəngin olacağını qeyd edib.

“Rusiya və Ukrayna üçün Böyük Gün ola bilər! Düşünün, bu qanlı qarşıdurma başa çata və yüz minlərlə insanın həyatı xilas ola bilər. Bu, tamamilə yeni və daha yaxşı bir dünya olacaq. Bunun baş verəcəyinə əmin olmaq üçün hər iki tərəflə işləməyə davam edəcəyəm. ABŞ artıq diqqətini bərpa prosesinə və ticarətə yönəltmək istəyir. Böyük həftə başlayır!”, – deyə Tramp vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir