Donald Tramp Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.
Azinformasiya.az xəbər verir ki, ABŞ-ın sabiq Prezidenti bunu “Fox News”a açıqlamasında deyib.
Açılış zamanı Leonardo da Vinçinin İsa peyğəmbərdən bəhs edən “Sonuncu şam yeməyi” tablosunun parodiyası əsasında hazırlanmış səhnəni tənqid edən Tramp deyib: “Mənim dünya görüşüm genişdir, ancaq onların təşkil etdikləri açılış mərasimi biabırçılıqdır”.
Tramp, eyni zamanda vurğulayıb ki, ABŞ Prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında “Sonuncu şam yeməyi”nin parodiyalarına yer olmayacaq.
Azinformasiya.az