Tramp: Nikolas Maduro və arvadı tutulub

Venesuela Prezidenti Nikolas Maduro və arvadı tutulub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində paylaşım edib.

Tramp Maduro və arvadının yaxalanaraq ölkədən çıxarıldığını açıqlayıb.

“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatı uğurla həyata keçirib. Maduro arvadı ilə birlikdə ələ keçirilib və ölkədən çıxarılaraq başqa yerə aparılıb”, – o qeyd edib.

Tramp bildirib ki, bu gün yerli vaxtla saat 11:00-də (Bakı vaxtı ilə saat 20.00) Mar-a-Laqo-da mətbuat konfransı keçirəcək, Venesuela əməliyyatı barədə ətraflı açıqlama verəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir