Tramp: Mən burada olmamalıydım, ölməliydim

ABŞ Məxfi Xidməti ABŞ-ın sabiq prezidenti Donald Trampın mitinqində baş verən atışmada şübhəli bilinən şəxsi ilk cəhddə məhv etməklə fantastik iş görüb.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp “New York Post”a müsahibəsində bildirib.

“Onu bir güllə ilə öldürdülər. Fantastik iş gördülər” deyən o, hadisəni “sürreal” adlandırıb.

Sabiq prezident, həmçinin qeyd edib ki, tərəfdarları ilə danışmağa davam etmək istəyirdi, ancaq Gizli Xidmət agentləri bunun təhlükəli olduğunu deyib və onu səhnədən çıxarıblar.

Donald Tramp bildirib ki, mitinqdə sui-qəsd nəticəsində ölə bilərdi, lakin möcüzə baş verdi.

“Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini söylədi və bunu möcüzə adlandırdı. Mən burada olmamalıydım, ölməliydim” – siyasətçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir