Tramp İranın mövcudluğuna bu gecə son qoyacağını bildirib: Bütöv bir sivilizasiya məhv olacaq

Bu gecə bütöv sivilizasiya məhv olacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Tramp İranı nəzərdə tutaraq qeyd edib ki, o, bir daha bərpa olunmayacaq.

“Bütöv sivilizasiya bu gecə öləcək və heç vaxt geri qayıtmayacaq. Mən bunu istəmirəm, lakin bu, bəlkə də baş verəcək. Buna baxmayaraq, hazırda tam bir rejim dəyişikliyi var. Hansı ki, orada daha fərqli, daha ağıllı və daha az radikal zehniyyətlilər üstünlük təşkil edir. Bəlkə də inqilabi dərəcədə gözəl nəsə baş verə bilər, kim bilir?”, – Tramp vurğulayıb.

Onun sözlərinə əsasən, bu gecə dünya tarixinin ən mühüm anlarından biridir: “Biz bu gün – dünyanın tarixinin ən mühüm anlarından birində bunu öyrənəcəyik. Nəhayət ki, 47 illik zorbalıq, korrupsiya və ölüm bitəcək. Tanrı böyük İran xalqını qorusun”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir