Tramp İranı misli görünməmiş zərbələrlə hədələyib

Əgər İslam Respublikası Birləşmiş Ştatların hərbi və kommersiya obyektlərinə hücum edərsə, ABŞ İrana indiyədək misli görünməmiş zərbələr endirəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidentinin sözlərinə əsasən, onun sərəncamında “çox güclü fəaliyyət variantları” mövcuddur.

Tramp qeyd edib ki, əgər İran hücum edərsə, ABŞ onlara indiyə qədər heç vaxt yaşamadıqları gücdə zərbələr endirəcək.

“Onlar buna inanmaqda belə çətinlik çəkəcəklər”, — Tramp vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir