Tramp: İran həyatıma böyük təhlükə yaradır

İran mənim həyatıma böyük təhlükə yaradır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tramp “X” səhifəsində yazıb.

ABŞ-ın sabiq prezidenti Donald Tramp ABŞ kəşfiyyatının Tehrandan gələn “real və konkret” təhdidlər barədə ona xəbərdarlıq etməsindən sonra həyatının İran tərəfindən böyük təhlükə altında olduğunu deyib.

“İran tərəfindən həyatım üçün böyük təhdidlər var. Bütün ABŞ hərbiçiləri bunu izləyir və gözləyir. Artıq İran tərəfindən heç bir nəticə verməyən addımlar atılıb, ancaq onlar yenidən cəhd edəcəklər. Mən əvvəllər görmədiyimdən daha çox adam və silahla əhatə olunmuşam”, – deyə Tramp vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir