Tramp impiçmentə cəhd edən konqresmenlərin Konqresdən çıxarılmasını tələb edib

ABŞ Prezidenti Donald Tramp ona qarşı impiçment prosedurunu başlatmağa çalışan Demokrat Partiyasının iki konqresmeninin Konqresdən xaric edilməsini tələb edib.

 

Azinformasiya.az  xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “X” hesabında yazıb.

“Demokratlar həqiqətən də nəzarətdən çıxıblar. Onlar hər şeyi, xüsusən də ağıllarını itiriblər! Bu radikal solçu axmaqlar “impeçment”ə başlamaq istəyirlər. İki naməlum və hörmətsiz konqresmen, iyirminci dəfə Donald Trampın “impiçment edilməsi” məsələsini qaldırırlar. Halbuki bunun səbəbi barədə özləri də bir şey bilmirlər”, – deyə ABŞ lideri bildirib.

Tramp, Demokratları “ağlını itirmiş və nəzarətdən çıxmış” adlandıraraq, bu təşəbbüslərin siyasi təxribat xarakteri daşıdığını vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir