ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, KİV-də ictimai rəy sorğularının nəticələrinin saxtalaşdırılması və digər manipulyasiyalar cinayət məsuliyyəti daşımalıdır.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“İctimai rəy sorğularının saxtalaşdırılması və fırıldaqçılıq, mahiyyət etibarilə, cinayət hesab edilməlidir”, – Tramp qeyd edib.
Onun sözlərinə əsasən, “The New York Times“ qəzeti, o cümlədən ABC, NBC, CBS və CNN telekanalları reallığa uyğun olmayan sorğu nəticələrini dərc etməklə 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışıblar.
“Amerika jurnalistikasının başına gələnlər doğrudan da kədərlidir. Lakin bu sorğu fırıldaqlarının davam etməsinə imkan verməmək üçün əlimdən gələni edəcəyəm”, – ABŞ lideri vurğulayıb.
Azinformasiya.az