ABŞ Prezidenti Donald Tramp husilərə görə İranı hədələyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
Onun sözlərinə əsasən, “husilər tərəfindən atılan hər bir güllə bu andan etibarən İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”.
“Heç kim aldanmasın! Yəməndə yaşayan, Yəmən xalqının nifrət etdiyi husilər, məhbuslar və quldurların həyata keçirdiyi yüzlərlə hücumun hamısı İrandan qaynaqlanır. Husilərin növbəti hücumu və ya cavabı böyük güclə qarşılaşacaq, bu qüvvənin orada dayanacağına zəmanət yoxdur. Husilərin atdığı hər bir güllə bu andan etibarən İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”, – o vurğulayıb.
Tramp bildirib ki, buna görə İran məsuliyyət daşıyacaq, bunun bədəlini ödəyəcək: “Bunun nəticələri çox ağır olacaq!”
Azinformasiya.az