Tramp: Hərbi əməliyyatlardan sonra İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək

Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək. Fələstinlilər artıq bölgədə daha təhlükəsiz və daha gözəl icmalara, yeni və müasir evlərdə yerləşdiriləcəklər”, – Tramp qeyd edib.

O, həmçinin qeyd edib ki, ABŞ əsgərlərinə ehtiyac olmayacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir