Tramp: Dünyada sülh üçün böyük gündür, İran yenidənqurma prosesinə başlaya bilər

Dünyada sülh üçün böyük gündür! İran bunun baş verməsini istəyir, onlar üçün də artıq kifayətdir!

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində bildirib.

O, həmçinin vurğulayıb ki, hamı üçün belədir.

“Amerika Birləşmiş Ştatları Hörmüz boğazında yaranmış nəqliyyat sıxlığının aradan qaldırılmasına kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq! Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz müxtəlif növ təchizatla yüklənəcəyik və hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün sadəcə “orada qalacağıq”. Mən buna inanıram ki, belə də olacaq. ABŞ-da yaşadığımız kimi, bu, Yaxın Şərq üçün də “Qızıl dövr” ola bilər”, – deyə Tramp vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir