Tramp Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamasını səbirsizliklə gözləyir

Ermənistanla sülh sazişinin yekunlaşdırılması münasibətilə sizi təbrik edirəm. Prezident Tramp həmin sazişin imzalanma və ratifikasiya prosesini səbirsizliklə gözləyir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

“Bu, regionda davamlı sabitlik və sülhün təmin olunması ilə iqtisadi inkişafı stimullaşdıracaq. Davamlı sülh, regional münaqişə dövrünə son qoyacaq və Cənubi Qafqaza təhlükəsizlik və rifah gətirəcəkdir. Biz, bu yolda atdığınız addımlara görə sizi təqdir edirik”, – Erik Ceykobs vurğulayıb.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir