Tramp ABŞ-ı “banan respublikası” adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin dövründə ölkə “banan respublikası” səviyyəsinə enib.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda TASS məlumat verib.

Tramp Texas ştatının Vako şəhərində tərəfdarlarının mitinqində ABŞ-ın banan respublikasına çevrildiyini bəyan edib və ölkə vətəndaşlarının buna dözməyəcəyini vurğulayıb.

ABŞ-ın sabiq prezidenti sərhədlərin mühafizəsi, səsvermə sistemi və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsi problemlərinə toxunub.

“2024-cü ildə seçkilərdə qalib gəlməsək, ölkəmiz məhvə məhkumdur”, – deyə o, çıxışını sonlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir