Tovuzda yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər rayon sakini – 1998-ci il təvəllüdlü M.Paşayev və 2004-cü il təvəllüdlü M.Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az