Tovuzda yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, “VAZ” markalı iki minik avtomobili toqquşub. Yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Xəsarət alanlar 25 yaşlı E.Abbasov, 30 yaşlı E.Huseynov, 25 yaşlı N.Huseynov və 20 yaşlı T.Orucovdur.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az