Tovuzda evin hamamında qızdırıcı partlayıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində baş verib. Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az