Tovuzda minik avtomobili aşıb, xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Düz Cırdaxan kəndində baş verib.

Hərəkətdə olan “VAZ 2106” minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir