Tovuzda iki avtomobil toqquşub

Tovuzda yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil VAZ 2107 markalı avtomobil ilə toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq yol kənarındakı avtomobil sexinə çırpılıb. Bu zaman “VAZ 2107″də olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alanın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir