Tovuzda evdən kişi meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib.
Belə ki, kənd sakini 1998-ci il təvəllüdlü P.Qasımovun meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az