Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hadisə dekabrın 16-da Qovlar şəhərində qeydə alınıb. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Azinformasiya.az