Tovuzda avtomobil yaşlı qadını vurub

Tovuzda “Volkswagen” markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Elməddin Nəsibov küçəsində baş verib.

Qadın təcili tibbi yardım briqadası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir