Tokayev: Qazaxıstanla Azərbaycan arasında imzalanmış bütün sazişlər ardıcıl surətdə icra edilir

Qazaxıstan və Azərbaycan arasında imzalanmış bütün sazişlər ardıcıl surətdə həyata keçirilir.

 

Azinformasiya.az Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı söyləyib.

“Biz yarım ildən çox müddət əvvəl “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik əlaqələrinin genişləndirilməsi haqqında” Bəyannamə, “Əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqram” və bir sıra digər sənədlər imzaladıq”, – Qazaxıstan Prezidenti vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir