Tokayev: Qazaxıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır

“Qazaxıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev “Armenpress”ə müsahibəsində deyib.

“Qazaxıstan bu məsələyə biganə yanaşa bilməz. Ona görə də ölkəmiz Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki bu dövlətlərin hər ikisi ilə ölkəmiz arasında dostluq münasibətləri var. İrəvanla Bakı arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunması Qazaxıstanın da maraqlarına cavab verir. Sülhməramlı təşəbbüslərin tərəfdarı olan Qazaxıstan regionun sabitliyi və inkişafına istiqamətlənən istənilən səyləri dəstəkləyir”, – Qazaxıstan lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir