Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müşavirə keçirib.
Azinformasiya.az xəbər verir ki, müşavirədə hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək tapşırılıb.
Tokayev həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.
O, eyni zamanda dekabrın 25-də baş verən hadisənin qurbanları arasında Qazaxıstan vətəndaşlarının olduğunu xatırladıb.
Qazaxıstan Prezidenti hadisə baş verdikdən sonra əraziyə gələn fövqəladə hallar və təcili yardım xidmətlərinin operativ fəaliyyət göstərdiyini qeyd edib.
Azinformasiya.az