Tokayev: İstanbul razılaşmasından imtina etməklə Ukraynada əlverişli sülh fürsəti qaçırılıb

İstanbul razılaşmasından imtina etməklə tərəflər Rusiya-Ukrayna münaqişəsində əlverişli sülh fürsətini qaçırıb.

 

Azinformasiya.az  “newshub.kz” portalına istinadən xəbər verir ki, bunu Astanada səfərdə olan Almaniya kansleri Olaf Şolts ilə görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan dövlət başçısı bəyan edib ki, buna rəğmən sülhün əldə olunması imkanları tükənməyib. K.Tokayevin sözlərinə əsasən, münaqişənin eskalasiyası qarşısıalınmaz hadisələrə gətirib çıxaracaq.

Qeyd edək ki, İstanbul danışıqları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, 2022-ci ilin mart-aprel aylarında keçirilib. Moskva və Kiyev İstanbulda razılıq əldə etsələr də, daha sonra Ukrayna bu razılaşmalardan imtina edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir