Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir.

 

Azinformasiya.az  xəbər verir ki, Qazaxıstan Prezidenti Aşqabadda keçirilən “Beynəlxalq sülh və etimad ili-2025” forumunda bildirib ki, avqust ayında iki ölkə arasında Vaşinqton Bəyannaməsinin imzalanması tarixi əhəmiyyətə malikdir.

O qeyd edib ki, bu, Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir