Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulması ilə əlaqədar narahatlığını bildirib.
Azinformasiya.az xəbər verir ki, Klaar bu barədə “Twitter” hesabında paylaşım edib.
“Aİ regionda baş verənləri yaxından izləyir. Bütün istiqamətlərdə atışma dayandırılmalıdır. Ardıcıl görüşlərin müsbət dinamikasını davam etdirmək və danışıqlar masası arxasında Ermənistana, Azərbaycana və bütün regiona fayda verəcək nəticələr əldə etmək mühümdür”, – Klaar yazıb.
Azinformasiya.az