Texniki Universitetdə yoluxma, 3 qrup distant təhsilə keçirildi

Bu gündən Azərbaycan Texniki Universitetində 3 qrup distant təhsilə keçirilib. 

Bu barədə Azinformasiya.Az-a universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova  məlumat verib. Onun sözlərinə görə, 3 tələbədə koronavirus aşkarlanıb:

“Qrupda başqa tələbələrdə yoluxma qeydə alınmayıb. Pandemiyanın qaydalarına uyğun olaraq, həmin tələbələr izolyasiya olunublar. Hazırda onların vəziyyətləri normaldır”.

Qeyd edək ki, distant təhsilə keçirilmiş qruplarda iki həftədən sonra ənənəvi tədris bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir