Tehranda yaşayış binası uçub, 1 nəfər ölüb

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə yerli “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Səhər saatlarında üçmərtəbəli yaşayış binası uçub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir