Tehran nüvə sazişinə qayıtmağın şərtlərini açıqlayıb

İran hökuməti nüvə sazişinə qayıtmağın şərtlərini açıqlayıb.

 

Azinformasiya.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Cənubi Afrika Respublikasının (CAR) XİN rəhbəri Naledi Pandora ilə görüşü zamanı bildirib.

İran XİN rəhbərinin sözlərinə əsasən, bütün tərəflər öz öhdəliklərini yerinə yetirərsə, İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərini yerinə yetirməyə hazırdır və üzərinə düşən öhdəlikləri tam məsuliyyətlə yerinə yetirəcək.

Nazir ölkəsinin BRİKS qrupuna daxil olmasının mümkünlüyü məsələsinə də toxunub və BRİKS-in çoxqütblü münasibətlər sistemini gücləndirməsini vurğulayıb.

İran XİN başçısı Ukraynadakı müharibədə İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) istifadə edilməsi ilə bağlı iddiaları bir daha təkzib edib.

Abdullahian və Pandor görüş zamanı İran və CAR Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 15-ci iclası çərçivəsində ən mühüm beynəlxalq və ikitərəfli mövzuları müzakirə ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir