Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək.
Azinformasiya.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı söyləyib.
Qazaxıstan lideri bildirib ki, Təşkilatın onuncu yubiley sammiti Türküstan şəhərində baş tutacaq.
“Bu ilin payızında TDT sədrliyi Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi planlaşdırırıq”, – deyə Tokayev qeyd edib.
Azinformasiya.az