Xocalı soyqırımında qətlə yetirilmiş 613 qardaş və bacımızın acısını qəlbimizdə hiss edir, Azərbaycan xalqının dərdinə şərik olur, ölənləri rəhmətlə yad edirik.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşımında deyilir:
“Bu münasibətlə bir daha bildirmək istəyirəm ki, biz dost və qardaş Azərbaycanımızı hər platformada dəstəkləyir, “Bir millət, iki dövlət” anlayışı ilə həmrəyliyimizi əbədi olaraq davam etdirmək əzmində olduğumuzu vurğulayıram”.
Azinformasiya.az