Tbilisidə ticarət mərkəzində baş verən yanğın söndürülüb

Tbilisinin “Vağzal meydanı” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzində baş verən yanğın söndürülüb.

 

Azinformasiya.az “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bunu Yanğın-Xilasetmə Baş İdarəsinin rəisi Levan Museliani açıqlayıb.

O bildirib ki, alovun qarşısının alınmasına 30 ədəd yanğınsöndürmə avtomobili cəlb edilib.

İlkin məlumata əsasən, hadisə mərkəzdə yerləşən ayaqqabı mağazasından başlayıb və qısa müddətdə 15 min kvadratmetrlik ərazini əhatə edib.

Hadisənin səbəbləri araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir