Tayvan adasında Çinə məxsus 35 təyyarə aşkar edilib

Tayvan çərşənbə günü adanın ətrafında Çin Xalq Azadlıq Ordusunun 35 təyyarəsi və 8 gəmisini müşahidə edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi “Twitter“ səhifəsində məlumat yayıb.

Departament qeyd edib ki, saat 06:00-a (Bakı vaxtı ilə 02:00) Tayvan ərazisində 35 təyyarə və 11 Çin gəmisi aşkarlanıb.

Tayvan Müdafiə Nazirliyi 15 təyyarənin Tayvan boğazının median xəttini keçdiyini, eyni zamanda adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb hissəsinə daxil olduğunu vurğulayıb.
Onların arasında Su-30, J-16, J-10 qırıcıları, BZK-005 tipli kəşfiyyat pilotsuz uçan aparatı, həmçinin KJ-200 aviasiya radio aşkarlama və istiqamətləndirmə sistemi var.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir