Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının tərəfdarları ölkənin qərbindəki Herat əyalətində musiqi alətlərini müsadirə edərək yandırıblar.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Həşt-e Subh” qəzeti Yaxşı Əmr və Tənqidi Qadağalar Nazirliyinin yerli bölməsinə istinadən məlumat yayıb.
Məlumata əsasən, alətlər vilayətin müxtəlif yerlərində ələ keçirilib. Yerli rəsmilər sakinlərə xəbərdarlıq edib ki, musiqi dinləmək və ifa etmək qadağandır və bu qaydaya əməl etməyənləri ciddi cəza gözləyir. Taliban musiqi alətlərində ifa etməyin gənclərin və cəmiyyətin deqradasiyasına səbəb olduğu düşüncəsindədir.
Azinformasiya.az