Tailandda kran qatarın üstünə aşıb, 22 nəfər ölüb

Tailandda qaldırıcı kran qatarın üstünə aşıb.

 

Qəza çərşənbə günü səhər saatlarında, doğru hərəkət edən qatarda baş verib.

Azinformasiya.az  NDTV-yə istinadən xəbər verir ki, hadisə Banqkokdan 230 kilometr şimal-şərqdə yerləşən Nakhon Ratçasima vilayətinin Sikhio rayonunda baş verib.

Polisin məlumatına əsasən, tikinti kranının vaqonlardan birinin üzərinə aşması nəticəsində qatar relsdən çıxıb, 22 nəfər ölüb, ən azı 30 nəfər xəsarət alıb.

Qatarın relsdən çıxması nəticəsində yanğın baş verib.

“Yanğın söndürülüb, hazırda xilasetmə işləri davam etdirilir,” – polis açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir