Tailandda güclü zəlzələ nəticəsində 3 nəfər ölüb, 81 nəfər dağıntılar altında qalıb

Banqkokda baş verən güclü zəlzələdən sonra tikilməkdə olan 30 mərtəbəli binanın uçması nəticəsində ən azı üç işçi həlak olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tailandın baş nazirinin müavini bildirib.

Onun sözlərinə əsasən, 81 nəfər dağıntılar altında qalıb.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

“Myanmar Now” saytının məlumatına əsasən, zəlzələ ölkənin ikinci böyük şəhəri Mandalayda, eləcə də ətrafdakı Kyaukse, Pyin Oo Lvin və Şvebo bölgələrində hiss olunub.

Hadisə şahidləri Mandalayda bir neçə tarixi binanın uçduğunu, dağıntılar altında qalan insanların ola biləcəyini bildiriblər.

ABŞ Geoloji Xidməti (USGS) Myanma və Tailanddakı güclü zəlzələdə 10,000-dən çox insanın öldüyünü təxmin edir.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir