Tacikistanın bir sıra rayonlarında bazar günü yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.
“Dünən güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki bölgəsində 2 nəfər həlak olub”, – məlumatda deyilir.
Azinformasiya.az