“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı Tacikistanda 9 nəfər saxlanılıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Şübhəlilər terrorçulardan ikisinin yaşadığı Vəhdət şəhərində saxlanılıb. Saxlanılanlar “Crocus”a hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD-in “Vilayəti-Xorasan” qolu ilə əlaqədə şübhəli bilinirlər.
Azinformasiya.az