Rusiya prezidenti Vladimir Putin və Tacikistan prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, Tacikistan lideri “Crocus”da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib.
Qeyd edək ki, martın 22-də Crocus City Hallda törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib.
Azinformasiya.az