Tərtərdə 28 yaşlı qadın özünü bıçaqlayıb

Tərtərdə 28 yaşlı qadın özünü bıçaqlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində baş verib. 1997-ci il təvəllüdlü N.Əliyevanın özünə bıçaq xəsarəti yetirdiyi deyilir.

Qarın nahiyəsindən xəsarət alan 28 yaşlı qadın yaxınları tərəfindən Tərtər Mərkəzi rayon xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir