“Müəllimlərin sertifikasiya imtahanlarının bu il üçün nazirliyin fəaliyyət istiqamətlərinə uyğun keçirilməsi nəzərdə tutulur”.
Azinformasiya.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, sertifikasiya imtahanlarının MİQ müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi hələ nəzərdə tutulmur: “İmtahanın hər hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib. Hesab edirik ki, hər bir halda prosesin başlanması, həyata keçirilməsi ilə bağlı qəfil və ani qərarlar verilməyəcək. Əgər imtahanın keçirilməsi barədə yekun qərar olacaqsa, bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.