“Valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik”.
Azinformasiya.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, pasportu olmayan valideynin övladının məktəbə buraxılmaması məsələsi yoxdur: “Ancaq məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır”.