Suriya xarici işlər naziri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

Suriyanın XİN başçısı Faisal Mekdad Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya xarici işlər nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi Vladimir Safronkov ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Tərəflər ərəb dünyası ilə bağlı bir sıra problemlərdən, o cümlədən regionda müxtəlif səviyyələrdə baş verən hadisələrdən danışıblar.

Görüş mayın 19-na planlaşdırılan Ərəb Dövlətləri Liqasının (ƏDL) sammiti ərəfəsində keçirilib. Suriya tərəfi 12 ildən sonra ilk dəfə sammitdə iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir